Azərbaycanda məzənnə rejimi gələn il də dəyişməyəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də sabit məzənnə rejiminin tətbiqinə çalışacaq.
banks.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədri Taleh Kazımov bildirib.
"Növbəti ilin dövlət büdcəsi hazırlanarkən də ABŞ dollarının məzənnəsi 1,7 manatdan götürülüb. Məzənnənin sabitliyi makroiqtisadi sabitlik üçün vacibdir", - deyə o, qeyd edib.
Xatırladaq ki, Azərbaycanda 2018-ci il martın 7-dən bəri milli valyutanın məzənnəsi dəyişməyib.
T.Kazımov həmçinin deyib ki, Azərbaycanda investisiya fondlarının yaradılması üçün kapital bazarı inkişaf etməlidir.
"İndi investisiya fondu yaratsaq, vəsaitlər xaricə axıb gedəcək", - deyə baş bankir əlavə edib.
- Teqlər:
- valyuta məzənnələri valyuta manat
Xəbərlər və məqalələr
Bankların cəmi aktivləri 7.8% çoxalıb
30.01.2025
Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb
30.01.2025
İstehlak kredit portfeli ən çox böyüyən banklar
21.10.2024
“Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi
17.10.2024
Bankların maliyyə göstəriciləri necə dəyişib?
15.10.2024
9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib
03.10.2024
Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb
30.09.2024
BOKT sektoru üzrə mənfəətlik kəskin artıb
27.09.2024
Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq
15.08.2024
Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb
23.07.2024
İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb
23.07.2024
İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib
28.06.2024
Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb
28.06.2024
Naxçıvan Bank BOKT-a çevrilir
20.06.2024