finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Bank Respublika və Sabah FK əməkdaşlıq haqda yeni müqavilə imzalayıb

    Bank Respublika və Sabah FK əməkdaşlıq haqda yeni müqavilə imzalayıb

    Ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” Futbol Klubu (FK) sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə bağlayıb. Müqaviləni "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov imzalayıb.
    Müqaviləyə əsasən, “Sabah” FK Azərbaycan Premyer Liqasının və ölkə kubokunun 2022/2023-cü illər mövsümündə keçirdiyi bütün oyunlarda "Bank Respublika"ya məxsus əmtəə nişanları olan formalarda çıxış edəcək.
    Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion “Bank Respubika Arena” adlanmağa davam edəcək. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq. Xatırladaq ki, "Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti ilə "Sabah" FK arasında əməkdaşlıq 2018-ci ildən davam edir.
    “Bank Respublika” olaraq, artıq 5-ci mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edəcək "Sabah" FK-ya dəstək verməkdən böyük məmnuniyyət hissi duyuruq. Əminik ki, "Sabah" növbəti mövsümdə öz baxımlı oyunu ilə seçiləcək və qarşısına qoyduğu hədəflərə çata biləcək. Bu isə, milli futbolumuzun, eyni zamanda ölkə idmanımızın inkişafı deməkdir. Komandamızın oyunlarını keçirdiyi müasir standartlara malik “Bank Respublika Arena” isə nəinki yerli, həm də beynəlxalq futbol turnirlərinə ev sahibliyi edəcək”, deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.
    “Futbol klublarının inkişafında, onların qarşıya qoyduqları hədəflərə çatmasında sponsorların dəstəyinin böyük əhəmiyyəti vardır. “Sabah” Futbol Klubu artıq 4 ildir ki, “Bank Respublika” ilə əməkdaşlıq edir. Bu müddətdə birlikdə bir sıra layihələr həyata keçirmişik. Bu gün əməkdaşlıq müqaviləsinin müddətini daha bir il uzadırıq. Biz “Sabah” FK olaraq ölkənin qabaqcıl bankarından olan “Bank Respublika” ilə əməkdaşlıqdan tam məmnunuq. İnanıram ki, bu əməkdaşlıq hər iki qurum üçün faydalı və uğurlu olmaqla yanaşı, “Sabah”ın timsalında ölkə futbolunun inkişafına öz töhfəsini verəcək" deyə Sabah FK-nın Prezidenti Maqsud Adıgözəlov qeyd edib.

    Oxşar xəbərlər

    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib

    Xəbərlər və məqalələr

    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.