finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Bank Respurlika məşhur Bank of New York Mellon ilə əməkdaşlığa başladı

    Bank Respurlika məşhur Bank of New York Mellon ilə əməkdaşlığa başladı

    Bank Respublika-nın maliyyə vəziyyəti və fəaliyyət profilini hərtərəfli təhlil edildikdən sonra Bank of New York Mellon ABŞ dolları ilə müxbir hesabı açmaq üçün müsbət qərar verdi. Bu qərar, ilk növbədə, kontragentlərin banka olan yüksək etibarını və beynəlxalq bazarda qüsursuz işgüzar reputasiyasını göstərir.

    Bank of New York Mellon 1784-cü ildə təsis edilib və ABŞ-ın ən qədim banklarından biri sayılır. Bankın 40-dan çox ölkədə nümayəndəlikləri var. Bu gün Bank of New York Mellon, aktivlərinə görə dünyanın ən böyük investisiya şirkətlərindən biridir.

    Banklar, həmçinin xəzinədarlıq əməliyyatları sahəsində əməkdaşlıq barədə razılığa gəldilər. Bank Respublika-nın dünyanın aparıcı bankı ilə əməkdaşlıq haqqında əldə etdiyi razılaşmalar beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, beynəlxalq pul köçürmələri xidmətlərinin inkişafına, habelə bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir. Xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, Bank Respublika-nın fəaliyyətinin əsas prioritetlərindən biri olan bankın müştəriləri - korporativ sektor nümayəndələri, kiçik və orta sahibkarlara biznesi aparmaq üçün daha əlverişli şərait yaradacaq.

    "Son illərdə ABŞ banklarında müxbir hesablarını açmaq  üçün Amerika bank sistemi bir sıra mürəkkəb prosedurlardan keçmək və ciddi tələblərə tam uyğun gəlməyi nəzərdə tutur. Bank of New York Mellon-un müsbət qərarı həm bankımıza, həm də ümumilikdə Azərbaycanın bank sektoruna olan yüksək etimaddan xəbər verir", - deyə Bank Respublika İdarə Heyətinin sədri Tariel İsmayılov bildirdi.

    Qeyd etmək lazımdır ki, bu artıq Bank Respublika-nın Amerikadakı ikinci ABŞ dollarında olan müxbir hesabıdır. Bank of New York Mellon ilə tərəfdaşlıq əlaqələrinin qurulması, Bank Respublika-nın beynəlxalq hesablaşmalar üzrə Azərbaycan bank bazarının liderlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

    Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

    • Teqlər:
    • bank

    Oxşar xəbərlər

    Araşdırmalar
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    24.01.2026
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    Maliyyə
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    13.01.2026
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    Maliyyə
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    01.07.2025
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək

    Xəbərlər və məqalələr

    Ən aşağı faizlə kreditlər Bakıda verilib 29.05.2025 TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər 27.05.2025 Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib 27.05.2025 Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024
    banks.az
    © 2008–2026 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.