BirKart-da nağdlaşma və köçürmələr komissiyasız oldu

BirKart-ın bəzi şərtlərinə dəyişikliklər tətbiq edildi. BirKart debet kartlarında nağdlaşdırma və köçürmə komissiyası 0%-ə endirildi, taksit kartları üzrə güzəşt müddəti isə 40 gündən 60 günədək artırıldı. Hazırda ölkə üzrə taksit kart payının 60%-i BirKart-ın üzərinə düşür və yeni şərtlər kartı müştərilər üçün daha sərfəli edəcək.
Artıq BirKart debet kartı sahibləri Azərbaycanda sayı 1000-dən çox olan Kapital Bank bankomatlarında vəsaiti komissiyasız nağdlaşdıra bilərlər. Üstəlik həmin kartların istifadəçiləri ölkədaxili istənilən bank kartına köçürmə zamanı komissiya haqqı ödəməyəcəklər. Hər iki yenilik ay ərzində həyata keçirilən 4000 AZN məbləğədək olan əməliyyatlara şamil edilir.
Daha bir yenilik isə BirKart taksit kartı sahibləri üçün nəzərdə tutulub. Belə ki, BirKart taksit kartlarından istifadə edənlər indi 40 günədək deyil, 60 günədək güzəşt müddətindən faydalana biləcəklər.
- Teqlər:
- kredit kartı debet kartı