finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Biznesə başlamaq üçün hüquqi məsləhətlər

    Biznesə başlamaq üçün hüquqi məsləhətlər

    Bu yazıda biznesə başlamaq üçün qanunun ümumi tələblərindən və daha əlverişli hüquqi üsullardan bəhs edilir.

    BİRİNCİ MƏRHƏLƏ, vergi orqanında qeydiyyata alınmaq
    Siz fərdi sahibkar və ya hüquqi şəxs (məsələn MMC) kimi qeydiyyata alına bilərsiniz. Hər iki halda evdən çıxmadan asan imza və ya elektron imza ilə qeydiyyata alınmaq mümkündür. Fərdi sahibkar kimi qeydiyyat daha sadədir. Vergi orqanına müraciət edərək VÖEN (vergi ödəyicisinin unikal eyniləşdirmə nömrəsi) almalısınız. Yox əgər hüquqi şəxs kimi fəaliyyət göstərəcəksizsə onda bir MMC yaratmalısınız. Bunun üçün ASAN xidmətdə bütün şərait var. Orada sizə lazımi prosedurları izah edəcək və təsis sənədlərinin formalarını hazırlayacaqlar. Siz yalnız şirkətinizin adını, bir və ya bir-neçə təsisçisini (özünüz, yaxın adamınız və ya şərikləriniz), nizamnamə kapitalını (çox vaxt 10-20 manat kimi formal bir məbləğ olur), ünvanını (ünvan üçün kupçalı bir yeri göstərmək lazımdır), direktorunu (özünüz də ola bilərsiz) və hesab açacağınız bankı (filialı) müəyyən etməlisiz. Bütün sənədləri ASANa təqdim etdikdən 3 gün sonra şirkətin qeydiyyata alınması barədə reyestrdən çıxarışı, nizamnaməsi, VÖEN şəhadətnaməsi Sizə təqdim olunacaq. Bundan sonra seçdiyiniz banka yaxınlaşıb hesab da açmalısınız. Bir də lisenziyalaşdırılan fəaliyyətlə məşğul olacaqsızsa lisenziya almaq da şərtdir.
    Fərdi sahibkar yoxsa MMC-nin sərfəli olmasına gəldikdə isə qeyd edilməlidir ki, vergi məbləği, mümkün inzibati cərimələr və vergi hesabatlığının asanlığı baxımından fərdi sahibkar kimi başlamaq daha sərfəli olsa da, digər şəxslər qarşısındakı məsuliyyətiniz baxımından MMC sərfəlidir. Çünki fərdi sahibkar kimi siz öhdəliklərinizə görə öz şəxsi əmlakınızla məsuliyyət daşıdığınız halda, MMC kimi nizamnamə kapitalındakı payınız qədər məsuliyyət daşıyacaqsız. Yəni MMC-nin əmlakı onun öhdəliklərini ödəmədikdə borc sahibi şəxsən sizə qarşı heç bir tələb irəli sürə bilməyəcək.

    İKİNCİ MƏRHƏLƏ, fəaliyyət yeri üzrə icarə müqaviləsi bağlamaqdır
    Biznesinizi mütləq rəsmi icarə müqaviləsi bağladığınız yerdə həyata keçirin. Bu sizi həm dövlətin sanksiyalarından, həm də yer sahibinin şıltaqlıqlarından qoruyacaqdır. Müqavilə bağlayarkən icarə haqqının məbləği, ödəmə qaydası, icarənin müddəti, təmir və təmir xərci, obyektin icbari sığortası, obyektə vurulmuş zərərin tənzimlənməsi, müqaviləyə vaxtından əvvəl xitam verilməsi halları və qaydası, o cümlədən karantin və s. forsmajor vəziyyətində tərəflərin hüquq və vəzifələrinə mütləq fikir verin. Mümkündürsə ödədiyiniz icarə haqqı məbləğini müqavilədə tam göstərin. Müqavilə bağladıqdan sonra həmin yer üzrə faktiki vergi uçotuna alınmaq üçün vergi orqanına müraciət etməlisiniz

    ÜÇÜNCÜ MƏRHƏLƏ, işçilərinizi rəsmiləşdirməkdir
    Işlətdiyiniz şəxslərlə əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlayın. Müəyyən xərclərə səbəb olsa da bu sizi daha böyük xərclərdən, həmçinin inzibati və cinayət məsuliyyətindən qoruyacaqdır. Unutmayın ki, işçiləri rəsmiləşdirməməyə görə siz AR İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əsasən ən pis halda iyirmi beş min manatadək məbləğdə cərimə oluna, hətta 10 nəfərdən çox şəxsi rəsmiləşdirmədiyinizə görə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərsiniz.

    DÖRDÜNCÜ MƏRHƏLƏ, işçilərinizi sığorta etdirməkdir
    Söhbət istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortadan gedir. Bu qanunun məcburi tələbidir və ən pis halda 5000 manat cərimə ilə nəticələnə bilər. Sığorta müqaviləsini bağlamaq üçün bu xidməti təklif edən istənilən sığorta şirkətinə müraciət edə bilərsiz.

    Vəkil Samir Qasımov

    • Teqlər:
    • biznes

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.