finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Cari ildə dövlət xətti ilə verilən güzəştli ipoteka kreditinin məbləği açıqlanıb

    Cari ildə dövlət xətti ilə verilən güzəştli ipoteka kreditinin məbləği açıqlanıb

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə cari ilin yanvar-iyul aylarında müvəkkil banklar tərəfindən 3 445 ailəyə 230,5 mln. manat məbləğində ipoteka krediti verilib.

    banks.az xəbər verir ki bu barədə İKZF-nin məumatında deyilir.

    Məlumata görə, verilən kreditlərin 153,6 mln. manatı adi ipoteka kreditlərinin (2 040 ədəd), 76,8 mln. manatı isə güzəştli ipoteka kreditlərinin (1 405 ədəd) payına düşüb.

    Ümumilikdə, 2006-cı ildən bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,882 mlrd. manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 35 112 olub. Bu kreditlərin 625 mln. manatdan çox hissəsini (12 150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir.

    Borcalanların iş yerlərinə görə pay bölgüsünə əsasən, onların 50%-dək hissəsini özəl sektorda çalışanlar təşkil edib. İpoteka kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.

    Fond qeyd edir ki, ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3% təşkil edib. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşlar üçün ən əlverişli ipoteka krediti şərtləri tətbiq olunur. Müqayisə üçün Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz dərəcəsi 7,4% təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13%-dən başlayır.

    • Teqlər:
    • ipoteka

    Oxşar xəbərlər

    Maliyyə
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    01.07.2025
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər

    Xəbərlər və məqalələr

    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib 27.05.2025 Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.