finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    EBRD Azərbaycanda ilk EDGE sertifikatlı anbarın tikintisinə kredit ayırıb

    EBRD Azərbaycanda ilk EDGE sertifikatlı anbarın tikintisinə kredit ayırıb

    Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycana məxsus “West & East Forward” MMC-yə (WE Forward) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində fəaliyyət göstərən “Alat Bay Industrial Development” şirkətinə 5 min ton tutumlu soyuq və quru anbarın tikintisi üçün 4 milyon ABŞ dolları kredit ayırıb.

    banks.az xəbər verir ki, bu barədə EBRD məlumat yayıb.

    Məlumata görə, kredit Azərbaycanın tranzit potensialının - idxal-ixrac yükdaşıma qabiliyyətini artırılması məqsədi ilə ayrılıb, Azərbaycanda kommersiya məqsədli soyuducu anbarların çatışmazlığını aradan qaldırmağa yönəlib. Bundan başqa, yeni anbar Gürcüstanın Qara dəniz limanları ilə Bakı Limanı arasında çatdırılma dəyərini və vaxtını azaltmaqla Azərbaycana və Azərbaycandan tranzit keçməklə yükdaşımaların artırılmasına hesablanıb. Bu, temperaturuna nəzarət edilən malların daşınması üçün daha az yük maşını səfərləri və nəticədə daha az karbon emissiyası deməkdir.

    EBRD-nin vəsaiti tikinti layihəsində dayanıqlı soyuducu texnologiyasının və yaşıl elementlərin istifadəsini dəstəkləyəcək. Nəticə etibarilə, anbar Azərbaycanda ilk EDGE sertifikatlı (Excellence in Design for Greater Efficiency) bina olacaq.

    "Dayanıqlı infrastrukturun dəstəklənməsi EBRD-nin Azərbaycanın "yaşıl iqtisadiyyat"a keçidi ilə yanaşı regional əlaqəni gücləndirməsinin yollarından biridir. Bank həmçinin Azərbaycanın logistika sektorunda gənclərin məşğulluğunu təmin etməklə fürsət bərabərliyi imkanlarını təşviq edəcək. Layihə, beynəlxalq sertifikatlı logistika idarəetmə proqramının hazırlanmasını və 40-ı qadın olmaqla 100 tələbənin təhsilinə dəstək vermək üçün nəzərdə tutulub. Bu, EBRD-nin FINTECC proqramı çərçivəsində təmin edilən Avropa İttifaqı Qonşuluq İnvestisiya Platformasının qrant maliyyəsi ilə tamamlanacaq", - deyə məlumatda qeyd olunub.

    EBRD Azərbaycanın aparıcı institusional investordur, 1992-ci ildən ölkədə fəaliyyət göstərir. Bank indiyə qədər Azərbaycanda maliyyə, korporativ idarəetmə, infrastruktur və enerji sektorlarından olmaqla ümumilikdə 181 layihəyə 3,1 milyard ABŞ dollarından çox sərmayə qoyub.

    “West & East Forward” isə 1993-cü ildə yaradılıb, nəqliyyat xidmətləri provayderidir. Şirkət əsasən soyudulmuş və dondurulmuş məhsulların daşınması ilə məşğuldur. “Alat Bay Industrial Development” isə 2022-ci ildə yaradılıb.

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.