finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Hollandiya Sahibkarlığın İnkişafı Bankı “Bank Respublika”ya manatla kredit ayırdı

    Hollandiya Sahibkarlığın İnkişafı Bankı “Bank Respublika”ya manatla kredit ayırdı

    Ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Hollandiya Sahibkarlığın İnkişafı Bankı (FMO) arasında yeni kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Banka 10 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq və vəsaitlər milli valyutada təqdim ediləcək.

    3 il müddətinə ayrılacaq kredit ölkədə aqro, mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin, həmçinin, gənc biznesmenlərin və qadın sahibkarların daha sərfəli şərtlərlə maliyyələşdirilməsinə yönəldiləcək. Cəlb olunmuş vəsait “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində Azərbaycanın bütün regionlarda fəaliyyət göstərən sahibkarlara dəstək göstərilməsinə şərait yaradacaqdır.

    “Hollandiya Sahibkarlığın İnkişafı Bankının Azərbaycanda əsas tərəfdaş kimi “Bank Respublika”nı seçməsi bankımızın dayanaqlığına və etibarlılığına verilən yüksək qiymət olaraq dəyərləndiririk. Cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkənin qeyri-neft sektorunun inkişafına töhfə verməyə imkan verəcəkdir”, deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

    “Daimi tərəfdaşımız olan Bank Respublika ilə olan yeni kredit sazişi sayəsində, biz Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta biznesi, eləcə də gənc iş adamlarını və qadın sahibkarları dəstəkləməkdən məmnunluq hissi duyuruq. Davamlı iqtisadi böyüməni təmin etmək və dəstəyə ehtiyac duyan sahibkarlara və bizneslərə inkişaf etmək üçün lazımi maliyyə vəsaitlərini təqdim etmək FMO-nun hədəfləri ilə tamamilə uyğun gəlir.” deyə FMO-nun İnvestisiyalar üzrə direktoru Huib-Jan de Ruijter qeyd edib.

    Bank Respublika - 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

    Hollandiya Sahibkarlığın İnkişafı Bankı (FMO) - aparıcı impakt-investor olaraq, iddialı layihələrə və sahibkarlara investisiya qoyaraq inkişaf etməkdə olan ölkələrdə və inkişaf etməkdə olan bazarlarda özəl sektorun davamlı böyüməsini dəstəkləyir. FMO, güclü bir özəl sektorun iqtisadi və sosial inkişafa yol açdığına inanır və insanlara bacarıqlarını istifadə etmək və həyat keyfiyyətlərini yüksəltmək üçün 50 illik təcrübəsi var. Təşkilat inkişafa böyük təsir göstərən üç sektorda ixtisaslaşır: maliyyə qurumları, enerji və aqrobiznes, qida və su. FMO, 85 ölkəni əhatə edən 9.7 milyard avro öhdəlik portfelinə sahib özəl sektorun inkişafı üzrə dünyanın ən böyük ikitərəfli banklarından biridir.

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.