IMF Rusiyaya qarşı sanksiyaların Azərbaycan banklarına təsirini qiymətləndirib

Azərbaycan bank sektorunun Rusiyadan asılılığı məhduddur, lakin vəziyyətə nəzarət edilməlidir.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) mayın 25-dən iyunun 7-dək Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilir.
"Rusiyaya qarşı sanksiyalar indiyədək Azərbaycanın bank sektoruna məhdud təsir göstərib. Azərbaycan bankları alternativ ödəniş sistemlərinə müraciət edə bildiyindən, Rusiyanın mühüm ticarət tərəfdaşı roluna baxmayaraq, Azərbaycanın Rusiyadan asılılığı cüzidir.
Rəsmilər bankların alternativ ödəniş sistemlərindən və ya kriptovalyutalardan istifadəsinə ciddi nəzarət etməlidir”, - deyə məlumatda bildirilir.
Bununla belə, IMF müxbir hesablaşmalarda müəyyən problemlərin olduğunu qeyd edir.
"Hazırda hökumət Rusiyadakı müxbir banklarla bağlı ciddi problem görmür və vəziyyəti diqqətlə izləyir.
Ancaq, ABŞ və Avropa müxbir banklarla, ödənişlərin icrasındakı gecikmələr də daxil olmaqla bəzi problemlərin olduğu görünür.
Azərbaycan banklarının üçdə ikisinin ABŞ və Avropa banklarında müxbir hesabları olsa da, bəzi banklar müxbir bank xidmətlərinə çıxışda problemlər yaşamaqda davam edir”, - Valyuta Fondunun iqtisadçıları deyirlər
Report
- Teqlər:
- iqtisadiyyat