Nağdsız ödənişlərdə yüksək artım dimanikası müşahidə olunur

Son bir il ərzində Azərbaycanda fiziki şəxslərin nağdsız ödənişlərinin göstəricilərində yüksək artım dimanikası müşahidə olunur.
banks.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin baş mütəxəssisi Rəşad Qasımov bəyan edib.
“Son bir il ərzində Azərbaycanda nağdsız ödənişlərin göstəricilərinin yüksək artım dimanikası müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2022-ci ilin birinci yarısı ərzində ölkədə ödəniş kartları ilə nağdsız əməliyyatların həcmi 2,2 dəfə artaraq 9,9 milyard manata çatıb”, - Qasımov müsahibəsində bildirib.
O bildirib ki, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ödəniş kartları vasitəsilə həyata keçirilən daxili əməliyyatlar üzrə nağdsız dövriyyənin xüsusi çəkisi 12.2 faiz artaraq 40,4% təşkil edib.
- Teqlər:
- kredit kartı debet kartı