finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    PwC və "PAŞA Bank" post-pandemiya dövründə biznesin transformasiya proseslərini müzakirə edib

    PwC və

    “PwC Azərbaycan” şirkəti “PAŞA Bank” ilə birgə pandemiyadan sonrakı dövrdə biznes dəyişiklikləri və meqatendensiyalar mövzusunda hibrid konfrans təşkil edib. Görüş canlı müzakirə və onlayn yayımı əhatə edən innovativ formatda təşkil edilib. Tədbirdə özəl və dövlət sektorlarından 70-dən çox rəhbər iştirak edib.


    Gələcəyə uyğunlaşma və qeyri-müəyyən zamanlarda aktuallığın qorunub saxlanması – bu, PwC və “PAŞA Bank”ı təmsil edən məruzəçilərin konfransdakı çıxışlarının əsas mesajı olub. Konfransda əsas məruzələrlə “PAŞA Bank”ın İdarə Heyətinin üzvü Cəlal Orucov və PwC-nin Çexiya ofisinin məsləhət xidmətləri üzrə partnyoru Mayk Cenninqs çıxış edib, PwC-nin partnyoru, Azərbaycan üzrə Məsləhət Xidmətləri Departamenti və Avrasiya üzrə Texnologiya Lideri Emin Şıxqayıbov, “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Cavid Quliyev və “PAŞA Bank”ın İdarə Heyətinin üzvü Cəlal Orucovun iştirakı ilə panel müzakirələri keçirilib. PwC Azərbaycan şirkətinin ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev panel müzakirələrin moderatoru qismində çıxış edib.

    Tədbirin moderatoru Mövlan Paşayev PwC-nin ADAPT yanaşmasından danışıb və “PwC Azərbaycan”ın 4-cü İllik Qlobal CEO Sorğusunun əsas nəticələri barədə müzakirələr aparıb.


    “PwC Azərbaycan”ın keçirdiyi 4-cü illik CEO Sorğusunda "121 CEO-nun cavablarına görə, CEO-ların 60% rəqəmsal transformasiyaya sərmayə qoymağı planlaşdırır, onların 67% isə hesab edir ki, ixtisaslı, savadlı və adaptasiya olunan işçi qüvvəsi biznesin əsas prioritetidir.


    Bu, Azərbaycanda CEO-ların süni intellektə, robototexnikaya və digər yeni texnologiyalara əsaslanan sürətlə inkişaf edən ölkələrin iqtisadiyyatlarında gələcək uğurlar üçün rəqəmsallaşdırma və ixtisasartırma işlərinin həlledici əhəmiyyət daşıdığını nəzərə alsaq, birbaşa göstəricidir", - deyə M. Paşayev bildirib.

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.