finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər

    Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər

    Kiçik və orta sahibkarların fəaliyyətinə ardıcıl dəstək verən Azərbaycan Beynəlxalq Bankı onların işini asanlaşdırmaq və bank xərclərini azaltmaq üçün xüsusi xidmət paketləri hazırlayıb. Bura fərdi sahibkarların və hüquqi şəxslərin tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Hər bir iş adamı bank xidmətləri ilə bağlı mütəmadi ehtiyaclarının yüksək səviyyədə və daha sərfəli şəkildə təmin olunması üçün bu imkandan geniş faydalana bilər. 

    Təqdim edilən xidmətlərin bir çoxu ödənişsizdir. Belə ki, müəyyən dövr ərzində davamlı qaydada Azərbaycan Beynəlxalq Bankında müxtəlif növ əməliyyatlar həyata keçirən müştərilər bu xidmət paketlərini əldə etməklə hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə edə bilərlər. Digər xidmətlərdən isə güzəştli şərtlərlə faydalanmaq olar.

    Xidmət paketləri müştərilərə bankda həyata keçirdikləri əməliyyatların ümumi dövriyyəsi, illik nağdlaşdırma məbləği, ölkədən kənara illik köçürmə sayı, ölkədən kənar köçürmə məbləği və s. bu kimi göstəricilər əsasında təqdim olunur. Bunu nəzərə alaraq xidmət paketlərinin 5 növü müəyyənləşib: “Standart”, “Standart+”, “İmtiyazlı”, “Premium” və “Premium+”. Bank xidmətlərindən daha sərfəli qaydada yararlanmaq istəyən hər bir fərdi sahibkar və hüquqi şəxs xidmət paketlərinin uyğun növünü əldə etmək, eləcə də ətraflı məlumat almaq üçün Bankın saytına daxil ola, yaxud filiallarımıza müraciət edə bilər.

    Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın  filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.