finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Sahibkarlar Klubu üzvlərinin sayı 500-ə çatdı

    Sahibkarlar Klubu üzvlərinin sayı 500-ə çatdı

    Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlar üçün yaratdığı Sahibkarlar Klubunun sıraları getdikcə genişlənir. Kluba qəbul edilən sahibkarların sayı artıq 500-ə çatıb. Sahibkarlar Klubunun məqsədi kiçik və orta sahibkarlığın inkişafına dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsi, ixracyönümlü müştərilərin biznesinin genişləndirilməsidir. Azərbaycan Beynəlxalq Bankının müştərisi olan və müvafiq meyarlara cavab verən hər bir sahibkar bu klubda təmsil oluna bilər.

    Sahibkarlar Klubunun üzvlərinə bankın məhsul və xidmətlərindən istifadə zamanı müxtəlif güzəştlər edilir. Onlar üçün bankın tərəfdaşı olan yerli və xarici təşkilatların da dəstəyi ilə birgə tədbirlər təşkil olunur. Klub üzvləri bankın onların işçi heyəti üçün hazırladığı imtiyazlar paketindən faydalana bilirlər. Mütəmadi işgüzar tədbir və görüşlərdə öz kommunikasiya imkanlarını genişləndirir, faydalı tərəfdaşlar tapırlar.

    Klub öz üzvlərinə hüquq, mühasibatlıq, rəqəmsal təcrübənin tətbiqi, reklam, gömrük, françayzinq, sığorta xidmətləri sahəsində də kömək göstərir. Eyni zamanda, onlar üçün məsləhət və təlim xidmətləri təşkil edir. Belə ki, kiçik və orta sahibkarlar istehsal, satış, keyfiyyətin idarə edilməsi, ixrac, idxal əməliyyatları, mühasibat işinin təşkili, vergi qanunvericiliyi və s. mövzularda keçirilən təlimlərdən faydalana, klubun cəlb etdiyi peşəkar ekspertlərdən məsləhət yardımı ala bilirlər.

    Sahibkarlar Klubu haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür. Kluba üzv olmaq istəyən sahibkarlar 937 nömrəli Məlumat Mərkəzinə (5 nömrəsini seçməklə) zəng edə, yaxud Bankın yaxınlıqdakı filial və şöbələrinə müraciət edə bilərlər.  

    Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

    Oxşar xəbərlər

    Araşdırmalar
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    24.01.2026
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    Maliyyə
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    13.01.2026
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    Maliyyə
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    01.07.2025
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək

    Xəbərlər və məqalələr

    Ən aşağı faizlə kreditlər Bakıda verilib 29.05.2025 TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər 27.05.2025 Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib 27.05.2025 Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024
    banks.az
    © 2008–2026 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.