finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    S&P: “Azərbaycan iqtisadiyyatı bu il 3,5% böyüyücək”

    S&P: “Azərbaycan iqtisadiyyatı bu il 3,5% böyüyücək”

    “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi, 2021-ci ildə 5,6%-dək bərpa olunan Azərbaycan iqtisadiyyatının bu il 3,5% böyüyəcəyini proqnozlaşdırır.

    “Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

    Sənədə əsasən, bu proqnoz əsasən qaz hasilatının artımını, qeyri-neft sektorunda canlanmanı və neft hasilatının cüzi azalmasını əks etdirir. "Bununla belə, ortamüddətli artım perspektivləri daha zəifdir - 2023-2025-ci illər ərzində orta hesabla illik 1,3% böyümə- köhnəlmiş yataqlar səbəbindən neft hasilatının azalması fonunda, qaz ixracının artımı ilə qismən kompensasiya ediləcəyi ehtimal edilir", - məlumatda deyilir.

    S&P analitikləri Azərbaycan iqtisadiyyatını hazırda əlverişli qlobal neft qiymətlərindən faydalanan karbohidrogen sektorundan böyük həcmdə aslı olduğunu qeyd edirlər. Neft və qaz ixracın 90%-ni və ÜDM-nin təxminən 50%-ni təşkil edir.

    “Azərbaycan üçün əlverişli ticarət şərtlərinin 2022-ci ilin sonuna və 2023-cü ilə qədər davam edəcəyini proqnozlaşdırırıq. "Brent" markalı neftin qiymətinin 2022-ci ildə orta hesabla 102 ABŞ dolları/barel, 2023-cü ildə 85 ABŞ dolları, 2024-2025-ci illərdə isə 55 ABŞ dolları/barel səviyyəsində olacağını gözləyirik. Paralel olaraq, Azərbaycanın da üzvü olduğu OPEC+ ölkələri qrupu 2021-ci ilin iyulunda əldə edilmiş razılaşmaya uyğun olaraq neft hasilatının kvotalarını azaltmaqda davam edir. Fikrimizcə, mövcud vəziyyət Azərbaycanın iqtisadi, fiskal və ödəniş göstəricilərinə fayda verəcək”, - S&P bildirib.

    Agentlik qeyd edib ki, bu il Azərbaycanın qeyri-neft sektoru güclü artım nümayiş etdirərək, iyun ayına qədər illik müqayisədə 9,6% artıb: "Xüsusilə nəqliyyat sektorunda (34% artım), informasiya texnologiyaları sektorunda (14%) və sənaye istehsalında (11,5%) əlverişli tendensiya müşahidə olunub. Bu sahələrin hamısı güclü dinamika nümayiş etdirir".

    "Bununla belə, baza effekti və eyni zamnada yüksək inflyasiyanın istehlak artımını yavaşlatması ehtimalı olduğundan, bu ilin qalan hissəsində tempin yavaşlamasını gözləyirik.

    Həmçinin son illərdə iqtisadiyyatın şaxələndirilməsi və struktur islahatlarında yalnız məhdud irəliləyişi nəzərə alaraq, qeyri-neft sektorunda güclü artımın 2022-ci ildən sonra da davam edəcəyini gözləmirik", - agentlik bildirib.

    • Teqlər:
    • iqtisadiyyat

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.