finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    “S&P": "Azərbaycan iqtisadiyyatı gələn il 2019-cu il səviyyəsini ötməyə hazırlaşır"

    “S&P

    Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) bu il 4 %, gələn il isə 2 % həcmində artacaq.

    banks.az xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Qafqaz və Mərkəzi Asiya (CCA) üzrə hesabatında bildirilib.

    Sənədə əsasən, 2023-2024-cü illərdə isə Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyəcək.

    Gələn il Azərbaycan iqtisadiyyatı, qısamüddətli əlverişli neft qiymətlərinin dinamikası ilə 2019-cu il səviyyəsini ötməyə hazırlaşır.

    S&P-nin proqnozuna görə, “COVID-19” pandemiyası ilə bağlı xərclər bu gün yaşanandan pis olmayacaq və azalmağa davam edəcək.

    "Neft və qaz istehsalçıları Qazaxıstan, Azərbaycan və Özbəkistan 2021-ci ildə yüksək enerji qiymətlərindən faydalanıb, ancaq qlobal iqtisadi artımın yavaşlaması və qiymətlərin stabilləşməsi səbəbindən, xammalın qiymətlərin artımı 2022-ci ildən daha yavaş olacağı ehtimal edilir.

    Enerji əmtəələrinin qiymətləri (neft və təbii qaz) hazırda 2017-2019-cu il səviyyələrindən 50 %-dən çox yuxarıdır və 2010-2014-cü illərdə yaşanan orta göstəricilərə yaxınlaşır. Metal qiymətləri isə son 2 aydakı itkilərindən əvvəl yayda 9 ilin ən yüksək səviyyəsinə çatıb. Qiymətlərin belə nəzərəçarpacaq dərəcədə bərpası CCA-6 regionunda enerji istehsalçılarının ÜDM artımı və cari əməliyyatlar balansı üçün əlverişli olub, dolayı yolla qeyri-enerji sektorunda inamı və fəallığı dəstəkləyib.

    "Neft İxrac Edən Ölkələr Təşkilatı və digər əsas neft istehsalçıları (OPEC+), 2022-ci ilin sentyabrına qədər istehsalın gündəlik 5,8 milyon barel azaldılması ilə bağlı məhdudiyyəti mərhələli olaraq ləğv etməsi ilə, artan neft hasilatının təsiri nəticəsində Azərbaycan və Qazaxıstanın neft ixracında bu ilin qalan dövründə və gələn il bərpası gözlənilir. Bundan başqa, təbii qaza tələbatın artması Özbəkistan və Azərbaycanın xalis ixracına və investisiya artımına da kömək etməlidir.

    Bununla belə, enerji və metal qiymətləri ucuzlaşarsa, CCA-6 regionun enerji istehsalçılarının ticarət balansındakı bu ilki artım, gələn il və növbəti illərdə daha aşağı səviyyələrə enməsi gözlənilir.

    • Teqlər:
    • iqtisadiyyat

    Oxşar xəbərlər

    Maliyyə
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    01.07.2025
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər

    Xəbərlər və məqalələr

    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib 27.05.2025 Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.