finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    “S&P”: “Azərbaycanın bank sisteminin vəziyyəti stabildir”

    “S&P”: “Azərbaycanın bank sisteminin vəziyyəti stabildir”

    Azərbaycanın bank sistemi sabitdir və sektordakı problemli kreditlər azalmağa davam edərək bu ilin may ayında 3,6%-ə çatıb.

    banks.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

    Agentlik kölgə iqtisadiyyatın bank sektorunun əsas aktivlərinin həqiqi keyfiyyətini qiymətləndirməyi çətinləşdirdiyini hesab edir.

    “Azərbaycanın maliyyə sektoru kiçik olaraq qalır və ümumi aktivləri ÜDM-nin 50%-inədəkdir, bu da dövlət üçün şərti öhdəliklərin mümkün risklərini məhdudlaşdırır. Bununla belə, Azərbaycanın bank sistemi davam edən yüksək səviyyəli dollarlaşma, zəif idarəetmə və beynəlxalq kontekstdə şəffaflıq, yumşaldılmış kreditləşmə və anderraytinq standartları daxil olmaqla bir sıra davamlı struktur zəifliyi ilə xarakterizə olunur", - “S&P" hesab edir.

    Agentlik vurğulayır ki, hökumət Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin nəzarət paketinə malikdir və 2017-ci ildə bankı restrukturizasiya edib və borcunun bir hissəsini öz üzərinə götürüb:

    “Hökumət həmçinin ABB-nin balans dəyəri 10 milyard manata yaxın problemli kreditlərini dövlət zəmanəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyələşdirilən “AqrarKredit” dövlət bank olmayan kredit təşkilatına köçürüb.

    Ümumi dövlət borcuna 9,5 milyard manat məbləğində dövlət zəmanətli “AqrarKredit”in kreditlərini daxil edirik.”

    Xatırladaq ki, Azərbaycanda 26 bank fəaliyyət göstərir. Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 41 milyard 371,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4% çoxdur.

    Bank aktivlərinin 16 milyard 884,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son bir ildə sektorun kredit portfeli 25,1% artıb.

    Hesabat dövründə bank sektorunun öhdəlikləri 24,9% artaraq 36 milyard 293 milyon manat, o cümlədən depozit portfeli 34,8% artaraq 29 milyard 737,6 milyon manat təşkil edib.

    Sektorun balans kapitalı 6,9% artaraq 5 milyard 078,5 milyon manat təşkil edib.
    Report

    • Teqlər:
    • banklar

    Oxşar xəbərlər

    Araşdırmalar
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    24.01.2026
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    Maliyyə
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    13.01.2026
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    Maliyyə
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    01.07.2025
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək

    Xəbərlər və məqalələr

    Ən aşağı faizlə kreditlər Bakıda verilib 29.05.2025 TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər 27.05.2025 Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib 27.05.2025 Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024
    banks.az
    © 2008–2026 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.